Accessibility links

Fərid Mehralızadə: Son 14 ildə ən yüksək inflyasiya qeydə alınıb


 Fərid Mehralızadə- iqtisadçı
Fərid Mehralızadə- iqtisadçı

İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanda illik inflyasiyanın səviyyəsinin artımının səbəbləri, o cümlədən bu artımın aztəminatlı ailələrin sosial həyatına təsirlərindən danışıb.

Amerikanın Səsi: Rəsmi məlumatlara görə Azərbaycanda illik inflyasiyanın səviyyəsi 13,9 faiz təşkil edib. Bir sıra ekspertlər bunun yüksək göstərici olduğunu deyir. Sizcə bunun səbəbləri nədir?

Fərid Mehralızadə: Ümumiyyətlə hər ilin əvvəli Mərkəzi Bank inflyasiya ilə bağlı öz proqnozlarını və hədəflərini açıqlayır. Bu hədəf 2-6 faiz arasında inflyasiyanı hədəfləyir. Amma ötən il sizin də qeyd etdiyiniz kimi ölkədə inflyasiya 13.9 faiz oldu. Bu Mərkəzi Bankın hədəf diapozundan iki dəfədən də çox yüksək bir göstəricidir. Sizə bir rəqəmi də deyim. 2008-ci ildən bəri son 14 il ərzində Azərbaycanda qeydə alınan ən yüksək inflyasiyadır. Ümumiyyətlə Azərbaycanda rəsmi rəqəmlərdə ikirəqəmli inflyasiyanı hökumət çox nadir hallarda açıqlayır. Bu baxımdan da doğurdan da 2022-ci il ümumiyyətlə son illərdə Azərbaycanda qiymət artımlarının ən yüksək həddə çatdığı dövr olaraq xatırlanacaq. İnflyasiyanın yüksək olmasının bir sıra səbəbləri var. Proses ümumiyyətlə koronavirus pandemiyası ilə başlayır. Bundan sonra istehlak zəncirində problemlər ortaya çıxdı. Çünki bir çox ölkələr sərhədlərini bağladılar, daşıma xərclərində çox ciddi qiymət artımı baş verdi. Azərbaycan da bir çox məhsulları idxal hesabına təmin etdiyi üçün, həmin o məhsulların Azərbaycana gəlməsində nəqliyyat, logistika xərcləri çox artdığı üçün həmin məhsulların maya dəyəri yüksəldi. Eyni zamanda biz burada qida inflyasiyasına toxunmalıyıq. Rəsmi rəqəmlərə görə Azərbaycanda qida infilasiyası 20 faizdir. Yəni ümumi inflyasiyadan daha yüksəkdir. Onu da nəzərə alın ki, yenə də rəsmi rəqəmlərə görə ölkədə əhalinin xərclərinin 56 faizini qida məhsulları təşkil edir. Bu baxımdan qida inflyasiyası səbəbləri burada maraq doğurur. Bunun bir səbəbi qeyd etdiyim kimi pandemiya ilə bağlı ortaya çıxan məsələlər idi. Eyni zamanda Rusiya Ukrayna müharibəsi bu prosesə ciddi təsir etdi. Çünki hər iki ölkə dünya kənd təsərrüfatı bazarında çox ciddi oyunçu hesab olunur və Ukrayna müharibə səbəbi ilə məhsullarını sata bilmir. Rusiya da embarqorlar səbəbi ilə bəzi məhsulların ixracına məhdudiyyətlər tətbiq eləmişdi. Bir digər amil də, mən düşünürəm ki, enerji qiymətlərinin artması ilə bağlıdır. Çünki son illərdə həm neft qiymətlərində, həm qaz qiymətlərində, enerji daşıyıcılarının qiymətlərində artım qeydə alınıb. Bu da bir çox məhsulun maya dəyərinə təsir edir. Çox deyilməyən amillərdən biri də iqlim dəyişiklikləri ilə bağlıdır. Əfsuslar olsun ki, artıq iqlim dəyişikliklərinin yaratdığı problemlər reallığa çevrilib. Biz əvvəllər bununla bağlı gələcək zamanda danışırdıq, amma bugün dünyanın bir çox bölgələrində quraqlıqlar baş verir ki, bu da məhsuldarlığı aşağı salır. Əslində inflyasiyanın bu qədər yüksək olması da bunun bir yox bir çox səbəblərinin olmasıdır.

Fərid Mehralızadə: Son 14 ildə ən yüksək inflyasiya qeydə alınıb
please wait

No media source currently available

0:00 0:06:42 0:00

Amerikanın Səsi: 2023-cü il üçün inflyasiya gözləntiləri necədir, bu göstəriciyə hansı amillər təsir edəcək? Hökumət inflyasiya səviyyəsinin yüksək olamsını xarici amillərlə bağlayır. Siz necə hesab edirsiniz?

Fərid Mehralızadə: Ümumiyyətlə son illərdə iqtisadçıların ən çox çətinlik çəkdiyi məsələ proqnozlardır. Çünki əvvəlki dövrdə qiymətlər ortaya çıxanda iqtisadi amillər idisə, artıq geo-siyasi amillər enerji bazarlarında və digər bazarlarda qiymətin formalaşmasına ciddi təsir edir. Və bu geosiyasi hadisələr də bəzən surpriz şəkildə baş verdiyi üçün dəqiq söz demək çətindir. Amma bir çox beynəlxalq təşkilatlar 2023-cü ildə də qiymət artımları inflyasiyanın Mərkəzi Bankın hədəf diapozundan daha yüksək olacağını gözləyir. 2022-ci il qədər də yüksək deyil, bir qədər az, amma yenə də əvvəlki illərə nəzərən yüksək bir inflyasiyanın olması gözlənilir. Bəli, hökumət rəsmiləri tez-tez öz çıxışlarında bunun xarici amillərlə bağlı olduğunu bildirirlər. Bəli burada müəyyən qədər həqiqət payı var. Mən düşünürəm ki, Azərbaycanda həmçinin daxili amillər də təsir edə bilir. Bu amillərdən biri də budur ki, son bir-iki il ərzində ölkədə demək olar ki bütün kommunal xidmətlərin qiyməti artdı. Bu baxımdan bir çox məhsulun maya dəyərində artımlar baş verib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qiymət artımları insanlarn xərclərini artırır və həmin insanlar da artan xərclərin kompensasiya etmək üçün məcburi şəkildə öz satdıqları məhsulların qiymətini artmaqda maraqlıdırlar. Digər vacib amil də mən düşünürəm ki, hökumətin qiymət artımları ilə mübarizə siyasətin effektiv olmaması ilə bağlıdır. Çünki bir çox ölkələrin təcrübəsindən gördük ki, hökümətlər müəyyən gömrük və vergi rüsumlarını azaldılması kimi mexanizmlər tətbiq etdilər. Ancaq mən düşünürəm ki, Azərbaycan höküməti bu alətlərdən bir o qədər də geniş istifadə etmədi. Bu baxımdan qiymət artımların təsiri daha yüksək ola bilər.

Amerikanın Səsi: Hökumət yüksək inflyasiya fonunda aztəminatlı ailələrin sosial müdafiəsi üçün tədbirlər gördüyünü deyir. Bu addımlar yetərlidirmi? Daha nələr edilməlidir?

Fərid Mehralızadə: Əslində biz bu addımların əhatə dairəsinə baxsaq məsələ aydın olar. Bu ilin əvvəllərindən etibarən Azərbaycanda minimum əmək haqqı 300 manatdan 345 manata çatıdırıldı. Rəsmi açıqlamada bildirilirdi ki, minimum əmək haqqı artımı 700 min insanı əhatə edəcək. Yenə rəsmi rəqəmlərə görə, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərdir. Bu artımlar ən yaxşı halda iqtisadi fəal əhalinin 13 faizinin gəlirlərini artıracaq. Artım olaraq bəlkə də düşünə bilərik ki, 15 faizlik artım var. Və 15 faiz inflyasiya siyahını kompensasiya edə bilər. Amma nəzərə almaq lazımdır ki, bizdə minimum əmək haqqının səviyyəsinin özü doğurdan da bizim minimum ehtiyaclarımızı qarşılayacaq səviyyədə deyil. Ona görə də tək 15 faizlik artım kifayət etməyə bilər. 2000-ci illərin ortasında Azərbaycan Avropa Sosial Xartiyasına qoşulmuşdur. Orada öhdəliklərdən biri minumum əmək haqqının orta aylıq əmək haqqının 60 faizə çatırılması ilə bağlıdır. Hazırda ölkədə orta əmək haqqı rəsmi rəqəmlərə görə, təxminən 830 manatdır. Belə olan təqdirdə minumum əmək haqqının da 500 manat olması lazım idi. Hətta hökumət 2020-gələcəyə baxış konsepsiyasında da bunu hədəf kimi qoymuşdur. Hələ də o hədəfə çata bilməyib. Ona görə də artım göstəricisi bəlkə də yaxşıdır. Məbləğin özünün baza hissəsi minimum tələblərə cavab vermədiyi üçün effektiv olmayacaq. Digər tərəfdən dediyim kimi Azərbaycanda cəmi 1 milyon 700 min insan əmək müqaviləsi ilə işləyir. Bunun da səbəbləri müxtəlifdir. Məsələn kölgə iqtisadiyyatı, qeyri-rəsmi məşğulluq və digər amillər. Bütün bu amillər Azərbaycanda hökumətin sosial siyasətin effektivliyini aşağı sayır.

XS
SM
MD
LG