Accessibility links

Rüstəm İbrahimbəyov Bakıda dəfn edilib


Çərşənbə günü, martın 16-da Bakıda "Nizami" Kino Mərkəzində kinodramaturq və ictimai xadim, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər İbrahimbəyovun milli mədəniyyətə verdiyi töhfəni, Azərbaycan teatrının və kinosunun formalaşmasında və inkişafında xidmətlərini qeyd ediblər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov İbrahimbəyovun Rusiya və Azərbaycan arasında əlaqələrin qurulmasında və inkişafında rolunu vurğulayıb.

Mərasimdə çıxış edənlər Rüstəmbəyovun siyasi fəaliyyətinə toxunmayıb. Amma onunla vida mərasiminə qatılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov, Milli Şuranın üzvü Tofiq Yaqublu və başqa siyasətçilər də olub

Rüstəm İbrahimbəyov Fəxri Xiyabanda, qardaşı, yazıçı Maqsud İbrahimbəyovun yanında dəfn olunub.

Martın 11-də Moskvada Azərbaycan kinodramaturqu və ictimai xadimi Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib. Martın 13-də Moskvada Kino Evində onunla vida mərasimi keçirildikdən sonra martın 15-də nəşi Bakıya gətirilib.

İbrahimbəyov 1967-ci ildə Moskvada Ali Ssenari kurslarını, 1974-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutu yanında Ali Rejissorluq kurslarını bitirib.

Onlarla film və ssenarinin müəllifidir. Bunlardan ən məşhuru "Səhranın bəyaz günəşi"dir. Nikita Mixalkovla əməkdaşlıq edərək “Urqa”, "Məhəbbət ərazisi” (Venesiya “Qızıl Aslan” Film Festivalının baş mükafatına, Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülüb), "Günəşdən yorulanlar"(ən yaxşı xarici film üçün Oskar, Kann Film Festivalı Münsiflər Heyətinin Qran Prisini, Rusiya Federasiyasının dövlət mükafatını alıb) və “Sibir bərbəri” (dövlət mükafatı alıb) kimi filmlər çəkib.

O, Bakıda bir çox kinofestivallarda fəxri yer tutmuş ilk uşaq kino məktəbini yaradıb.

İbrahimbəyov MDB və Baltik olkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, Rusiya Kinematoqrafçılar İttifaqlarının katibi, Moskva Yəhudi Film Festivalının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, “Feliks” Avropa Kino Akademiyasının və Amerika Kino Sənəti Akademiyasının üzvü olub.

2 iyul 2013-cü ildə Rüstəm İbrahimbəyov Azərbaycan prezident seçkilərində müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurasından vahid namizədi kimi irəli sürülüb. Lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.

Rüstəm İbrahimbəyov son illərdə Bakıda Kino Məktəbini bərpa etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG