Accessibility links

Zelenski Ukraynanın pilotsuz təyyarələr proqramını təkmilləşdirməyə çalışdığını deyir


Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi Ukraynanın iki ildən artıqdır Rusiyanın təcavüzünü dəf etmək üçün ölkəsinın pilotsuz uçuş aparatlarının imkanlarını artırmağa çalışdığını bildirib.

O, bunu daha çox hava hücumundan müdafiə "Patriot" sistemlərini "mümkün qədər tez" göndərməklə bağlı etdiyi müraciətindən bir gün sonra deyib.

Rusiya hər gün Ukraynanın bir çox şəhər və enerji infrastruktur obyektlərinə pilotsuz təyyarələr və raketlərlə zərbələr endirir.

Zelenski "Biz hələ də Ukraynaya vəd edilən tədarükləri gözləyirik" deyib. "Biz döyüş meydanında Ukraynanın maraqlarına uyğun olan və vəziyyəti dəyişə biləcək həcmdə və miqyasda silah gözləyirik" - deyə, o əlavə edib.

Zelenski ABŞ Nümayəndələr Palatasında azlıq lideri Hakim Ceffrislə danışdığını bildirib və Ukraynaya 61 milyard dollarlıq yardım paketini qəbul etdiyi üçün Konqresə təşəkkür edib.

Zelenski "Cənab Ceffrislə söhbətim zamanı "Patriot" sistemlərinə mümkün qədər tez bir zamanda ehtiyac var dedim" deyib.

Ceffris X-də "Birləşmiş Ştatlar Rusiya təcavüzünə qarşı mərd və cəsarətli mübarizədə Ukrayna xalqının yanında olmağa davam edəcək" - deyə, bəyan edib.

Ukraynalı general-polkovnik Oleksandr Sırskinin bazar günü bildirdiyinə görə, Rusiyanın quru qüvvələri qərbə doğru irəlilədikcə, sayı düşməninkindən çox olan Ukrayna ordusu ölkənin şərqindəki bir neçə mövqedən geri çəkilir.

Sırski deyib ki, Kyivin sayca çox olan qoşunları Rusiyanın bir neçə yerdə əhəmiyyətli qüvvələrinin cəmləşdirdiyi şərq cəbhəsindəki üç kənddən geri çəkilməli olub.

"Cəbhədə vəziyyət pisləşib" deyən baş general Telegram mesajlaşma proqramında "ən çətin" vəziyyətin fevral ayında Rusiya qüvvələri tərəfindən ələ keçirilən strateji əhəmiyyətli Maryinka şəhərinin qərbində və Avdiivkanın şimal-qərbində olduğunu bildirib.

Son həftələr Ukraynanın Donetsk və Xarkiv vilayətlərinin şərq cəbhə xəttində şiddətli toqquşmalar baş verib. Belə ki, Rusiya qüvvələri 1000 kilometrdən çox olan cəbhə xəttində mövqelərini möhkəmlətməyə çalışır.

Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına görə, sursat və əsgər çatışmazlığı Ukraynanın müdafiəsini getdikcə daha çox çətinləşdirir.

Sırski öz yazısında ABŞ prezidenti Bayden tərəfindən keçən həftə imzalanan yardım paketi çərçivəsində vəd edilən silahlar tədarük edilməyə başladıqdan sonra döyüş meydanında vəziyyətin sabitləşəcəyinə ümid etdiyini bildirib.

Sırski həmçinin bildirib ki, Ukraynanın təzə briqadaları həmin ərazilərdə itki verən bölmələrlə əvəz edilir.

Forum

XS
SM
MD
LG