Accessibility links

Rusiya ordusu Poltavaya raket zərbəsi nəticəsində bir nəfər ölüb, dördü uşaq olmaqla 16 nəfər yaralanıb


Rusiya hərbçilərinin çərşənbə axşamı aprelin 9-na keçən gecə Poltavaya raket zərbəsi endirməsi nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Poltava vilayət hərbi administrasiyasının rəhbəri Filip Pronin dəqiqləşdirib ki, Rusiyanın raket zərbəsi nəticəsində 16 yerli sakin, o cümlədən 5-11 yaşlı dörd uşaq müxtəlif dərəcəli xəsarət alıb. Rəsmi nümayəndə qeyd edib ki, yaralı Poltava sakinlərindən birinin vəziyyəti ağırdır.

Pronin iddia edir ki, zərbə mülki binaya dəyib, onun damı “qismən dağılıb”. Rəsmi məlumata görə, binada yanğın baş verib. Bir neçə qonşu evə də ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri aprelin 9-na keçən gecə Krivoy Riq, Dnepr yaxınlığındakı Kamenski istiqamətində və Ukraynanın qərb vilayətlərinə doğru uçan “Şahedlər”, habelə ilhaq edilmiş Krımın ərazilərindən buraxılan yeni pilotsuz təyyarələr barədə məlumat yayıb.

Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının 20 “Şahed”lə Ukraynaya hücum etdiyini və Ukrayna hərbçilərinin məlumatına görə, onların hamısının vurulduğunu bildirib. Pilotsuz təyyarələr Mikolayiv, Odesa, Xerson, Dnepropetrovsk, Poltava, Vinnitsa və Lviv vilayətlərinə qədər uça bildiyi bildirilir.

Lviv vilayətində regionun rəhbəri Maksim Kozitskinin verdiyi məlumata görə, vurulan dronun qalıqları mühüm infrastruktur obyektinin üzərinə düşüb və yanğın baş verib. Yanğının tez bir zamanda söndürüldüyü, ölən və xəsarət alanların olmadığı bildirilir.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin bildirdiyinə görə, Odesa vilayətində vurulan dronun qalıqları fərdi yaşayış evinin və elektrik xəttinin üzərinə düşüb, lakin xəsarət alan olmayıb.

Forum

XS
SM
MD
LG