Accessibility links

Blinken: İsraillə münasibətlərin normallaşması üçün ABŞ Səudiyyə Ərəbistanına təhlükəsizlik paktı təklif edəcək


Ər-Riyadda səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi bildirib ki, Səudiyyə Ərəbistanı İsraillə sülh əldə edəcəyi təqdirdə Birləşmiş Ştatlar bitirilməsinə yaxın olduğu təhlükəsizlik sazişini ona təklif edəcək.

Dünya İqtisadiyyat Forumunda (WEF) auditoriya qarşısında çıxış edən Blinken "Fikrimcə, Səudiyyə Ərəbistanı və ABŞ-ın razılaşmalarımız baxımından birlikdə gördüyü iş tamamlanmağa çox yaxındır" deyib.

O əlavə edib ki, iki ölkə İsrail-Səudiyyə münasibətlərinin normallaşması üçün son bir ayda birlikdə intensiv iş görüb.

Blinken iki ölkə arasında normal münasibətlər razılaşmasının Fələstin hissəsinin vacib bir komponent olduğu üçün keçən il oktyabrın 10-da Səudiyyə Ərəbistanı və İsrailə səfər etməyi planlaşdırdığını, lakin HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı terror hücumları səbəbindən bu səfərin baş tutmadığını bildirib.

"Normallaşma ilə irəliləmək üçün iki şey tələb olunacaq: Qəzzada sakitlik və Fələstin dövlətinə etibarlı yol" - deyə, Blinken bildirib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Fələstin dövlətinə yol İsrail üçün təhlükəsizlik zəmanəti ilə yaradılmalı və bu, Yaxın Şərqdə davamlı sülh və təhlükəsizlik, eləcə də İsrailin bölgəyə inteqrasiyası olmalıdır.

Bəzi rəsmilər və analitiklərin bunu uzaq bir ehtimal hesab etməsinə baxmayaraq, Bayden administrasiyası Səudiyyə Ərəbistanının İsraillə münasibətlərinin normallaşmasına səbəb ola biləcək potensial razılaşma üzərində işləməyə davam edir.

Keçən həftə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan yaxın zamanda Səudiyyə Ərəbistanına qayıtmağı planlaşdırdığını bəyan edib. Onun gündəliyinə Səudiyyə rəsmiləri ilə İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair razılığın əldə edilib-edilməməsinin müzakirəsi daxildir. Sallivan daha əvvəl qabırğası çatladığı üçün Yaxın Şərqə səfərini təxirə salmışdı.

İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəklənən iki dövlət və Fələstin Administrasiyasının Qəzzaya nəzarəti geri qaytarmasını rədd edib.

Səudiyyəlilər ilkin şərt olaraq, İsrailin iki dövlətin həllinə sadiq qalmasını tələb edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG