Accessibility links

Evin həbsxanasında saxlanılan milli fəalların həbs müddəti bir daha uzadılıb


Evin həbsxanası, Tehran, İran.
Evin həbsxanası, Tehran, İran.

Tehranın Evin həbsxanasında saxlanılan türk fəalların nəzarət müddəti bir daha bir aya qədər uzadılıb.

Bununla bağlı Araz News Telegram kanalı məlumat yayıb.

Evin həbsxanasında saxlanılan milli fəal Əbdüləziz Əzimi Qədim mayın 12-də səhər saatlarında ailəsinə zəng edərək, özünün və bu həbsxanada saxlanılan digər milli fəalların nəzarət müddətinin daha bir ay uzadıldığını bildirib.

Bu xəbərə görə, bölgədəki hüquq müdafiəçiləri məhkəmənin hökmü çıxana qədər fəalların müvəqqəti azadlığa buraxılmasının qarşısının alınmasının mümkünlüyündən narahat olduqlarını bildiriblər.

Hazırda Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Ayaz Seyfxah, Bağır Hacızadə, Araz Əman, Kamal Nuri, Mürtəza Pərvin, Kərəm Mərdanə və Hüseyn Piri Evin həbsxanasının 4 saylı ümumi bölməsində saxlanılır. Onlar təcridxanada təhlükəsizlik qüvvələri tərəfindən dindirilərək həbsxananın ümumi hissəsinə köçürülsələr də, zaminə buraxılmalarına icazə verilmir.

Fevralın ilk həftəsində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində ən azı 15 türk fəal nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndərilib. Həmin siyasi fəallardan bəziləri mülki zəmanət qarşılığında sərbəst buraxılıblar.

Bəzi hüquq müdafiə təşkilatlarının bildirdiyinə görə, İranda fevralın 5-7-tarixlərində saxlanılan türk siyasi fəalların sayı 30-a çatır, lakin onların hamısının kimliyi ilə bağlı qəti məlumat yoxdur.

Milli fəallar Vədud Əsədi, Səid Minayi, Salar Tahir Əfşar, Aydın Məhəmmədi, Abdullah Vahidi, Səid Camalzadə və digər fəallar zaminə buraxılsalar da, adları müəyyən olunmuş ən azı 9 fəal hələ də həbsdə saxlanılır və onların girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılmasına mane törədilir.

Forum

XS
SM
MD
LG