Accessibility links

Azərbaycanda Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüb


Mina axtarışı
Mina axtarışı

Aprelin 27-də Şuşa rayonunun Qaybalı kəndi (Bakıdan 385 kilometr qərb) ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət alıb.

Azərbaycan Minatəmizləmə Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, agentliyin əməkdaşı Elçin Quliyev piyada əleyhinə minaya düşüb. Zərərçəkənin "sağ ayağı travmatik amputasiya" olunub.

Quliyevə yerində ilkin tibbi yardım göstərilib, sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra, 2020-ci ilin noyabrından 353 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 50 dinc sakin və 15 hərbi qulluqçu mina partlayışlarının qurbanı olub, 288 nəfər xəsarət alıb.

Forum

XS
SM
MD
LG