Accessibility links

İranda ən azı 5 azərbaycanlı fəalın həbs edildiyi bildirilir


Həbs edilən milli fəallar (soldan) Səid Minayi, Salar Tahir Əfşar, Vədud Əsədi, Bağır Hacızadə
Həbs edilən milli fəallar (soldan) Səid Minayi, Salar Tahir Əfşar, Vədud Əsədi, Bağır Hacızadə

Son iki gün ərzində İranın bir sıra şəhərlərində azərbaycanlı milli fəalların həbsi ilə bağlı məlumatlar verilir. Fevralın 6-da Urmiyədə milli fəal Salar Tahir Əfşar, Gilan vilayətinin mərkəzi Rəştdə fəallar Vədud Əsədi və Səid Minayi, Tehran vilayətinin İslamşəhr şəhərində fəallar Kamal Nuri, fevralın 5-də isə milli fəal Bağır Hacızadə Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə götürülüb.

Hüquq müdafiəçilərinin sosial mediada yaydıqları məlumata görə, Salar Tahir Əfşar çərşənbə axşamı şəhərdə olduğu zaman həbs edilib. Çoxlu sayda təhlükəsizlik qüvvələri fəalın atasının evinə girərək onun şəxsi əşyalarını müsadirə ediblər. Tahir Əfşarın ailə üzvləri təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü və həbs olunmaqla hədələndiyi bildirilir.

Vədud Əsədi və Səid Minayi Gilan vilayətinin mərkəzi Rəşt şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər. Onların naməlum yerə köçürüldüyü haqda məlumat verilib. Rəşt sakini olan türk fəal Vədud Əsədinin şəxsi əşyaları, o cümlədən mobil telefonu həbs olunarkən təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilib.

Tehran vilayətinin İslamşəhr şəhərində yaşayan azərbaycanlı milli fəal Kamal Nuri fevralın 6-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Yayımlanan məlumata görə, təhlükəsizlik qüvvələri onu yerli vaxtla səhər saat 7:00-da şəxsi evinə girərək həbs ediblər.

Həmçinin Təbrizdə yaşayan milli fəal Bağır Hacızadənin dünən, fevralın 5-də iş yerində həbs edildiyi bildirilib. Sosial mediada yayılan məlumata görə, həbs edildikdən sonra təhlükəsizlik qüvvələri onun atasının evinə məhkəmə orderi təqdim etmədən və kilidi sındıraraq daxil olub və evdə reyd keçirib, onun şəxsi əşyalarını, o cümlədən kitablar və mobil telefonunu götürüblər.

Milli fəalların həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur. Onların harada saxlanması barədə hələ ki, məlumat verilməyib. Təhlükəsizlik qüvvələri fəalları məhkəmə orderi təqdim etmədən həbs ediblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Texasda baş verən fırtına ən azı 4 nəfərin həyatına son qoyub
please wait

No media source currently available

0:00 0:11:23 0:00
XS
SM
MD
LG